sábado, 5 de janeiro de 2013

Atanın Məhəbbət Məktubu



Mənim əziz övladım…

Bəlkə sən Məni tanımırsan, amma Mən sənin haqqında hər şeyi bilirəm. (Məzmur 139:1)
Mən sənin nə vaxt oturduğunu və nə vaxt qalxdığını bilirəm. (Məzmur 139:2)
Sənin bütün yolların mənə mə’lumdur. (Məzmur 139:3)
Hətta başındakı hər bir tük belə sayılmışdır. (Matta 10:29-31)
Çünki sən Mənim surətimə oxşar yaradılmısan. (Yaradılış 1:27)
Sən mənimlə yaşayırsan, hərəkət edirsən və mövcüdsən. (Həvarilərin İşləri 17:28)
Sən mənim nəslimdənsən. (Həvarilərin İşləri 17:28)
Səni ananın bətninə düşməzdən əvvəl tanıyırdım. (Yeremiya 1:4-5)
Dünya yaranmazdan əvvəl səni seçdim. (Efeslilərə 1:11-12)
Sənin doğuluşün səhv deyil, sənin bütün günlərin Mənim kitabımda yazılmışdır. (Məzmur 139:15-16)
Sənin doğum gününü və harada yaşayacağını Mən müəyyən etdim. (Həvarilərin İşləri 17:26)
Sən ecazkar və əsrarəngiz yolla yaradılmısan. (Məzmur 139:14)
Mən sənə ananın bətnində quruluş vermişəm. (Məzmur 139:13)
Anadan olduğun gün səni dünyaya gətirdim. (Məzmur 71:6)
Məni tanımayanlar vasitəsilə səhv təqdim edildim. (Yəhya 8:41-44)
Mən qəddar və uzaqda deyiləm, lakin məhəbbətin tam təzahürüyəm. (1 Yəhya 4:16)
Bu mənim arzumdur ki, məhəbbətimi sənin üzərinə səpim. (1 Yəhya 3:1)
Çünki sən mənim övladım, Mənsə sənin Atanam. (1 Yəhya 3:1)
Mən sənin dünyadakı atanın verə bildiyindən də çox təklif edirəm. (Matta 7:11)
Çünki mən kamil Atayam. (Matta 5:48)
Sənin aldığın hər bir gözəl hədiyyə Mənim əlimdən gəlir. (Yaqub 1:17)
Çünki Mən səni hər şeylə tə’min edirəm və bütün ehtiyaclarını mən ödəyirəm. (Matta 6:31-33)
Sənin gələcəyin ücün Mənim planlarım həmişə ümidlə dolu olub. (Yeremiya 29:11)
Çünki Mən səni əbədi bir məhəbbətlə sevirəm. (Yeremiya 31:3)
Sənin haqqında fikirlərimin sahildəki qum dənələri kimi sayı-hesabı yoxdur. (Məzmur 139:17-18)
Mən sənə görə oxuyaraq sevinirəm. (Məzmur 139:17-18)
Sənə yaxşılıq etməyi heç vaxt dayandırmayacağam. (Yeremiya 32:40)
Çünki sən xəzinəm kimi Mənə məxsussan. (Çıxış 19:5)
Bütün ürəyim və bütün canımla səni dirçəltmək arzusundayam. (Yeremiya 32:41)
Mən sənə böyük və dərk edilməz şeylər göstərmək istəyirəm. (Yeremiya 33:3)
Əgər Məni bütün qəlbinlə axtarsan tapacaqsan. (İkili Qanun 4:29)
Məndən məmnun qal və qəlbindən keçənləri sənə verərəm. (Məzmur 37:4)
Çünki həmin arzuları sənə verən Mənəm. (Filiplilərə 2:13)
Sənin üçün təsəvvür edə biləcəyindən də çox şey edə bilərəm. (Efeslilərə 3:20)
Çünki mən sənin ən yaxşı təsəlli verəninəm. (2 Saloniklilərə 2:16-17)
Mən, həmçinin bütün çətinliklərində sənə rahatlıq verən Atayam. (2 Korinflilərə 1:3-4)
Qəlbin sınıq olanda Mən sənə yaxınam. (Məzmur 34:18)
Çoban quzunu qucağında daşıdığı kimi, Mən də səni ürəyimə yaxın tutub daşımışam. (Yeşaya 40:11)
Bir gün gözlərindən bütün göz yaşlarını siləcəyəm. (Vəhy 21:3-4)
Bu dünyada çəkdiyin bütün əzabları yox edəcəyəm. (Vəhy 21:3-4)
Mən sənin Atanam, və səni, hətta Oğlum İsanı sevdiyim kimi sevirəm. (Yəhya 17:23)
Çünki Mənim sənə olan məhəbbətim İsada aşkar olub. (Yəhya 17:26)
O, Mənim tam surətimdir. (İbranilərə 1:3)
O gəldi ki, Mənim sənə qarşı yox, sənin tərəfində olduğümü göstərsin. (Romalılara 8:31)
Və bildirsin di, Mən sənin günahlarını hesablamıram. (2 Korinflilərə 5:18-19)
İsa öldü ki, sən və Mən barışa bilək. (2 Korinflilərə 5:18-19)
Onun ölümü Mənim sənə olan məhəbbətimin yüksək təzahürüdür. (1 Yəhya 4:10)
Sənin məhəbbətini qazanmaq üçün sevdiyim heç nəyi əsirgəmədim. (Romalılara 8:31-32)
Əgər sən, hədiyyə olan Oğlum İsani qəbul etsən, Məni qəbul edirsən. (1 Yəhya 2:23)
Səni Mənim məhəbbətimdən bir daha heç nə ayıra bilməz. (Romalılara 8:38-39)
Evə qayıt və Mən Cənnətin ən böyük ziyafətini açacağam. (Luka 15:7)
Mən həmişə Ata olmuşam və həmişə də Ata olacağam. (Efeslilərə 3:14-15)
Mənim sualım isə budur: Mənim övladım olarsanmı? (Yəhya 1:12-13)
Mən səni gözləyirəm. (Luka 15:11-32)

Sevgilə Atan- Qüdrətli Allah
©FathersLoveLetter.com/Azerbaijani

Nenhum comentário:

Postar um comentário